Uşaq qidalarının qiyməti artmağa davam edir.
Nestle Rusiyada uşaq qidalarının - QİYMƏTİNİ ARTIRACAQ
FED.az xəbər verir ki, əczaçılar deyirlər ki, sözügedən qidaların qiyməti artan templə davam edir və son 1-2 ay ərzində bu fərq özünü daha qabarıq göstərir.
Satış nöqtələrində qiyməti 100 manatdan çox olan uşaq qidaları var.
Valideynlər isə qiymətlər artsa da, uşaq qidalarını məcbur qalıb alıdıqlarını bildirirlər. Çoxuşaqlı ailələrdə isə vəziyyət daha da çətinləşir.
İqtisadçı ekspert Altay İsmayılov hesab edir ki, qidaların bahalaşmasının 2 səbəbi var.
Onun fikrincə, əgər daxili tələbatı ödəmək üçün keyfiyyətli qidalar istehsal olunarsa, bu kimi problemlər aradan qalxa bilər. Həmçinin valideynlər də zərurət olmadığı təqdirdə təbii qidalara üstünlük verməli, sonrakı yaş dövrlərində isə hazır uşaq qidalarının istifadəsini azaltmalıdırlar. (Xezerxeber.az)