2016-cı il sentyabr ayının 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Uruqvay Şərq Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri cənab Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə Fed.az-a ARDNF-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Ş. Mövsümov nümayəndə heyətinə ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Fond tərəfindən həyata keçirilən layihələr, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib. Görüş iştirakçıları tərəfindən ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunun və Forumda müzakirə edilən məsələlərin bütün ölkələr üçün əhəmiyyətliliyi qeyd edilib.
Görüşdə Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlıq, inkişaf perspektivləri, ölkələr arasında qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Uruqvay nümayəndə heyəti ilə görüş keçirilib
10:24
30 Sen 2016