Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bloomberg Maliyyə laboratoriyası növbəti iqtisadi proqnozunu açıqlayıb.
UNEC-dən FED.az-a bildirilib ki, proqnoza görə, ərzaq və enerji qiymətləri ilə bağlı genişmiqyaslı şoklar baş verməsə, dünyada əsas inflyasiya göstəricilərinin yaxşılaşacağı gözlənilir. İnflyasiyanın bu il 4,3 faiz, 2025-ci ilin sonuna doğru isə 3,6 faizə qədər enəcəyi təxmin edilir.