2017-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5233,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, əlavə dəyərin 47,7 faizi sənayedə, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi tikinti, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə, 15,9 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 539,8 manata bərabər olmuşdur.
Ümumi daxili məhsul istehsalı artıb
16:12
17 Fev 2017