Oktyabrın 14-də Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Avropa Regional Ofisinin yeni rəhbəri Narynkul Tagainazar ilə görüşüb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Narynkul Tagainazarı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən Şahin Bağırov gömrük işinin təşkilində beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını, bu istiqamətdə region ölkələri arasında əlaqələrin gücləndirilməsi və koordinasiyasında ÜGT-nin regional ofisinin mühüm rol oynadığını vurğulayıb.
Görüşdə ÜGT-nin Bakı şəhərindəki Avropa Regional Ofisinin fəaliyyəti ilə əlaqədar müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrin inkişafının zəruriliyi vurğulanıb.