Bu gündən başlayan və 3 gün davam edəcək Organic Food Festivala Ulduz Şokolad Fabriki bütün şokoladsevərləri dəvət edir.
Fabrikdən verilən məlumata görə, 21-23 iyun tarixlərində ölkədə ilk dəfə keçiriləcək “Organic Food Festival” tədbirində iştirak edən və 20 ilə yaxındır ki, öz istehlakçılarına müxtəlif satış nöqtələrindən xidmət göstərən fabrik, bu dəfə onlara birbaşa özü xidmət göstərəcək.
ELƏCƏ DƏ BAX : Azərbaycanın 3 şəhərində yeni nəsil kassa aparatlarına keçidin ilk mərhələsi başa çatdırılır
Dünyanın şokolad eksperti sayılan Belçikanın Barry Callebaut firması ilə əməkdaşlıq edən Ulduz Şokolad Fabriki festival zamanı öz istehlakçılarına və bulvarın qonaqlarına müxtəlif çəki şokoladları, konfetlər, batonlar, hədiyyəlik qutular və s. təqdim edəcək.
Fabrikin sərgiləcəyi əsas məhsul FAVO batonlarıdır, hansı ki, inqridiyentlərinə görə natural və az kalorili hesab olunur. Tərkibindəki taxıl bitkiləri və az miqdarda xalis şokolad kütləsinə görə sağlam qidalar kateqoriyasına daxil olan FAVO batonları iki çeşiddə - şokoladlı və portağalı – təqdim olunacaq. Bundan başqa, festival iştirakçılarına Ulduz stendində “Xonça”, “Tango”, “Coco ulduz”, “Sweet” kimi südlü və xalis şokolad örtüklü şokolad konfetləri, jele tipli konfetlər və karamellər də təqdim olunacaq. O da qeyd olunmalıdır ki, Ulduz Şokolad Fabriki 28 May – Cümhuriyyət Gününə özəl olaraq ənənəvi Belçika texnologiyası əsasında hazırladığı, yeni “Azərbaijan Chocolate” və “I Love Azerbaijan Chocolate” kimi premium hədiyyəlik qutularının da satışı təşkil edəcək.
- O da qeyd olunmalıdır ki, məhsullarının ekoloji baxımdan təhlükəsiz və sağlam qida olduğuna zəmanət verən fabrik İngilis Pərakəndəçilər Birliyi və Beynəlxalq Qida Standarlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, həm də “Halal qida”, “Kocher” kimi sertifikatlar əsasında fəaliyyət göstərir.