Ukraynadakı müharibə səbəbindən 1,7 milyard insan aclıqla üzləşmək təhlükəsi ilə qarşı-qarşıyadır. Onların üçdə biri isə artıq yoxsulluq şəraitində yaşayır.
Eləcə də bax: Prezident Rusiya-Ukrayna müharibəsinin - BAHALAŞMAYA TƏSİRİNDƏN DANIŞDI
FED.az xəbər verir ki, bu barədə məlumatı BMT öz tviter hesabında paylaşıb.
Məlumata görə, bir neçə yoxsul dövlət də daxil olmaqla, 36 ölkə idxal etdiyi taxılın yarıdan çoxunu Rusiya və Ukraynadan əldə edir.
“Bu səbəbdən də, müharibənin təsiri qlobal və sistemli xarakter daşıyır”, - deyə məlumatda qeyd olunub. (Qafqazinfo)