Ukraynadakı münaqişə uzansa, əsas məhsulların – buğda, qarğıdalı və günəbaxan dünya tədarükünün məhdudlaşdırılmasına səbəb ola bilər.
Eləcə də bax: Rusiya taxıl və şəkərin ixracına - QADAĞA QOYDU
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu da öz növbəsində planetdə ərzağın kəskin bahalaşmasına gətirib çıxaracaq. Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun prezidenti Jilbert Unqbo “The Guardian”a verdiyi müsahibədə bildirib ki, pandemiya və iqlim dəyişikliyi də ərzaq qıtlığına təsiri artırır.
Onun sözlərinə görə, bu, ailələrini çətinliklər dolandıra bilənlər üçün çətin olacaq. BMT-nin Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseyn nəşrə söyləyib ki, taxıl qiymətləri 2008-ci il qlobal iqtisadi böhrandan bəri görünməmiş səviyyələrə yaxınlaşır.
Qəzet xatırladıb ki, Rusiya dünya ixrac bazarında təqribən 17% payla ən böyük buğda tədarükçüsüdür. O, həm də ən böyük qarğıdalı ixracatçılarından biridir. Eyni zamanda Ukraynada vəziyyətin gərginləşməsindən əvvəl də ərzaq qiymətləri artırılıb. Buna iqlim böhranı və koronavirus pandemiyası təsir edib.