“Azərbaycandakı pomidor istehsalçıları üçün qonşu Rusiya logistika və qiymət baxımından ən əlverişli bazardır”.
Eləcə də bax: “Azərbaycan pomidor ixracını 2-3 dəfə artıra bilər”
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İxracın Təşviqi Departamentinin direktoru Fuad Cəfərov bildirib.
“Məhsulunu Rusiyaya rahat, qısa müddətə çatdıran və yüksək qiymətə satan sahibkarlar uzaqda yerləşən və qiymətin aşağı olduğu Körfəz ölkələrinə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə pomidor ixrac etməkdə maraqlı deyil. Üstəlik Dubayda Şəmkir pomidorları kimi iri pomidorlar elə də satılmır. Onlar əsasən salxım pomidorlarına üstünlük verirlər və son nəticədə Türkiyə, Mərakeş kimi ölkələrdən Dubay bazarına məhsullar daxil olur.
Azərbaycan pomidorlar Ukrayna bazarında özünə yer edə bilər. Doğrudur, bu ölkədə daha ucuz satılan Türkiyə pomidorları ilə rəqabət aparmaq lazımdır, amma Ukraynadan daima bizə təkliflər gəlir. Baxmayaraq ki, bizim pomidorlarımız bahadır. Amma həmin məhsullar Ukraynada tanındığı üçün orada satmaq mümkündür. Bu isə yenə də vaxt və marketinq tələb edir", - deyə o, qeyd edib. (Report)