Birinci rübdə ölkədən 308 ton çay ixrac olunub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Üç ayda ixrac edilən çayın dəyəri 2 milyon 4 min ABŞ dolları olub.
Hesabat dövründə ölkəyə 9 milyon 986 min dollarlıq 2 min 700 ton çay idxal edilib.