“Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” ASC Azərbaycanda ilk dəfə olaraq rəsmi nümayəndəlik açacaq.
Eləcə də bax: Prezident: “Türkmənistanla Azərbaycan arasında yük axını artır”
FED.az xəbər verir ki, müvafiq sənəd Aşqabadda keçirilən “Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri: qarşılıqlı əlaqə və inkişaf” konfransı çərçivəsində imzalanıb.
Türkmənistan şirkətinin tərəfdaşı Azərbaycanın “Caspian Logistics Solutions” şirkətidir.
“Caspian Logistics Solutions” “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” ASC-nin Azərbaycanda nümayəndəliyinin qeydiyyatı və fəaliyyətinin təşkilini öz üzərinə götürüb.
Bundan başqa, tərəflər regionda maraqların təmsil olunması, xidmət, yük daşımalarının təşkili və logistik həllərin təmin edilməsi sahələrində əməkdaşlıq edəcək. (Report)