Türkiyə Statistika İnstitutu və Ticarət Nazirliyi ölkənin oktyabr ayı üzrə xarici ticarət göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, oktyabr ayında ölkənin ixracı 13% artaraq 15 milyard 719 milyon dollara yüksəlib, idxal isə 23,8% azalaraq 16 milyard 176 milyon dollara düşüb.
Bununla da Türkiyənin xarici ticarət kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə azalaraq 456 milyon dollara düşüb. İxracın idxalı qarşılama göstərici isə ötən liin oktyabrında 65,6% olduğu halda, bu il 97,2%-ə yüksəlib.
Türkiyənin Avropa Birliyinə ixracatı ötən ilin eyni ayı ilə müqayisədə 13,8% artaraq 7 milyard 825 milyon dollar olub. Ən böyük ixracat Almaniyayadır – 1 milyard 457 milyon dollar. Sonrakı yerləri Britaniya 1 milyard 68 milyon dollar, İtaliya 877 milyon dollar və İraq 852 milyon dollar.
Türkiyənin ən byöük idxal etdiyi ölkə isə Rusiyadır – 1 milyard 865 milyon dollar. İkinci yeri 1 milyard 559 milyon dollar ilə Almaniya, 1 milyard 366 milyon dollarla Çin və 883 milyon dollar ABŞ tutur.
Yüksək texnoloji məhsulların ixracdakı payı 3,5%, emal sənayesinin payı isə 13,3% təşkil edib.