Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, yanvar ayında ölkənin xarici ticarət kəsiri 14,24 milyard dollar olub. Yanvarda kəsir 2022-ci ilin eyni ayı ilə müqayisədə 38,4% artıb.
FED.az xəbər verir ki, yanvar ayında ixrac əvvəlki ilin eyni ayın ilə müqayisədə 10,3% artaraq 19,4 milyard dollar, idxal isə 20,7% artaraq 33,6 milyard dollar təşkil edib.
İxracın idxala nisbəti 2022-ci ilin yanvarında 63% ikən, 2023-cü ilin yanvarında 57,6% faizə enib.
Almaniya yanvar ayında ixrac üzrə birinci yeri tutub
Almaniyaya ixrac 1,8 milyard dollar, ABŞ-a 1,2 milyard dollar, Rusiyaya 1 milyard dollar, Böyük Britaniya 954 milyon dollar, İtaliyaya 916 milyon dollar təşkil edib. İlk 5 ölkəyə ixrac ümumi ixracın 30,6 faizini təşkil edib.
İdxalda birinci yeri Rusiya tutub. Yanvar ayında Rusiyadan idxal 5 milyard dollar təşkil edib. Rusiyanın ardınca 4,3 milyard dollarla İsveçrə, 3,6 milyard dollarla Çin, 1,8 milyard dollarla Almaniya və 1,2 milyard dollarla ABŞ gəlir. İlk 5 ölkədən idxal ümumi idxalın 47,4 faizini təşkil edib. (Marja)