Türkiyənin quru meyvə sektoru 2023-cü ili üçün 3 milyard dollarlıq ixrac hədəfi müəyyən edib.
Eləcə də bax: Türkiyənin kənd təsərrüfatı məhsullarının ixracında - Rekord
FED.az xəbər verir ki, bunu Quru Meyvə və Məmulları İxracatçıları Birliyinin sədri Birol Celep bildirib.
Birol Celep, 2020-2021 mövsümündə indiyədək 60 min ton quru əncir, 184 min ton üzüm və 82 min 500 ton quru ərik ixrac edilərək 848 milyon dollar gəlir əldə edildiyini bildirib.
Celep, sektorda illik ixracın 5 ildir 1,4 milyard dollar səviyyəsində qadığını xatırladıb:
"2019-da cəmi quru meyvə ixracı miqdar ifadəsilə 485 min ton, dəyər ifadəsilə 1 milyard 416 milyon dollar, 2020-ci ildə isə miqdar ifadəsilə 477 min ton, dəyər ifadəsilə 1 milyard 399 milyon dollar olaraq reallaşıb".
Celep, sağlam qidalara tələbin və istehlakçı gözləntilərinin artdığını, rəqabətin daha da çətinləşdiyini vurğulayıb.
Həm istehlakçı gözləntilərini qarşılaya bilmək, mövcud bazarları qorumaq və yeni bazarlara daxil ola bilmək, həm də Çin, Özbəkistan kimi rəqib istehsalçılar ilə rəqabət aparmaq lazımdır.
Celep, "Dünyanın ən böyük üzüm istehsalçısı və ixracatçısı olaraq üzüm bazarına alıcıların deyil, bizlərin istiqamət verəcəyi, quru əriyimizin də dünya bazarlarında layiq olduğu dəyəri tapacağı bir sistemi qura bilərik" deyib. (Marja)