Türkiyənin ixracatı iyul ayında ötən ilin eyni ayına görə 11,8% artımla 14,1 mlrd. dollar olub.
FED.az xəbər verir ki, iyul ayı üzrə ixrac məlumatlarını Ticarət naziri Ruhsar Pekcan ilə Türkiyə İxracatçılar Məclisinin (TİM) sədri İsmayıl Güllenin qatıldığı Ticarət Nazirliyindəki yığıncaqda açıqlayıb.
Buna görə, iyul ayında ixracat ötən ilin eyni ayına görə 11,8% artımla 14,1 mlrd. dollara çatdı. Qeyd edək ki, bu günə qədər ən yüksək iyul ixracatı olaraq qeyd edilib. İyulun ən yüksək ixracatı 2014-cü ildə 13,3 mlrd. dollar təşkil edir. Beləliklə, iyulun rekordu 761 mln. dollar artıb.
İlin 7 aylıq dövründə ixracat 7% artımla 96,3 mlrd. dollara çatdı. Son 12 aylıq ixracat isə 163,3 mlrd. dollarla yeni bir rekord qırdı.
Qeyd edək ki, il sonunda ixarcın 170 mlrd. dolları aşaraq tarixi bir rekorda imza atılması planlaşdırılır.
Türkiyənin ixracatı 14 mlrd. dolları ötdü
17:49
1 Avq 2018