2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq 6,7 milyard dollara bərabər olub.
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 26,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2022-aprel 2023) Türkiyə 20,4 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib. (Trend)