2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq 16,2 milyard dollara bərabər olub.
Eləcə də bax: Gürcüstan Azərbaycandan yarım milyon dollarlıq - ŞOKOLAD ALIB
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə 1,9 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 0,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (sentyabr 2021- sentyabr 2022) Türkiyə 21,6 milyard dollar məbləğində hazır geyim ixrac edib. (Trend)