İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunu qəbul edib.
Bu barədə Fed.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və Türkiyə arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğu, əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyi vurğulanıb, ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib.
Nazir Şahin Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında səfir İsmail Alper Coşkunun səmərəli fəaliyyətini qeyd edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Türkiyənin Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub
18:02
28 Sen 2016