Türkiyənin Qars şəhəri və Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu xəttinin tikintisinə başlanılıb.
FED.az-ın məlumatına görə, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.
ELƏCƏ DƏ BAX: Yük maşınlarının Bakıya daxil olması üçün - MARŞRUT AÇIQLANDI
Bu istiqamətdə işlər Bakı-Tbilisi-Qars (BTK) layihəsi çərçivəsində həyata keçirilir.
"Qarsı lojistik mərkəz olaraq görürük, tikinti işləri davam edir, işin hansı mərhələdə olduğunu söyləmək çətindir. Lakin çox güman ki, yaxın iki il ərzində tamamlanacaq. İndi BTK layihəsinin davam etdirilməsi üzərində işləyirik. Naxçıvan artıq bu istiqamətdə işə başlayıb ", - deyə Özor bildirib.
Səfirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyə və Avropa arasında bir əlaqədir.
"Hazırda Qazaxıstandan BTK-dan Mersin limanına yük daşınması həyata keçirilir, bəzi yüklər Rusiyadan Türkiyəyə və Avropaya göndərilir. Gələcəkdə nə qədər yükün olacağını söyləmək çətindir, amma demək olar ki, tam potensial istifadə olunacaq".
Türkiyədən Naxçıvana dəmir yolunun tikintisinə - BAŞLANIB
20:25
9 Noy 2018