Bu ilin yanvar-oktyabr aylarında Türkiyə Məşğulluq Xidməti (İŞKUR) vasitəsilə Azərbaycana iş axtarmaq məqsədilə gələn Türkiyə vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 80,88 faiz azalıb.
ELƏCƏ DƏ BAX: Türkiyənin xalça şirkəti müflis olur – AÇIQLAMA
FED.az-ın məlumatına görə, bu barədə Türkiyə Məşğulluq Xidmətinin Baş idarəsi məlumat yayıb.
Qeyd olunub ki, göstərilən dövrdə Xidmətin dəstəyi ilə Azərbaycana 26 Türkiyə vətəndaşı gəlib. Bu, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 110 nəfər azdır.
İdarədən deyilib ki, 2018-ci ilin sentyabrında İŞKUR vasitəsilə Azərbaycana cəmi 4 Türkiyə vətəndaşı gəlib.
Ümumilikdə cari ilin oktyabr ayında Məşğulluq Xidməti vasitəsilə xaricə 3373, 10 ayın yekununa görə isə 20 155 vətəndaş (ötən illə müqayisədə 18,23 faiz çox) göndərilib.
Qeyd edək ki, Türkiyədə 3 milyon 215 min nəfər işsiz var. Onlardan 52 faizi qadın, 48 faizi kişidir.
Türkiyədən iş üçün gələnlərin sayı açıqlandı – STATİSTİKA
21:49
15 Noy 2018