2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana xalça ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 22,77 faiz artaraq 2,685 milyon dollar təşkil edib.
Eləcə də bax: İyulda azərbaycanlılar - Türkiyədə Mənzil Alışını Artırıblar
FED.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, 2020-ci ilin iyul ayında Türkiyədən Azərbaycana mebel və oduncaq ixracı 2019-cu ilin iyuluna nisbətən 90,51 faiz artaraq 60 min dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən dünya bazarlarına mebel və oduncaq ixracı 1,295 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalıb.
Türkiyədən xalça ixracı yanvar-iyun aylarında ölkənin ümumi ixracının 1,4 faizini təşkil edib.
Son 12 ayda (iyul 2019 - iyul 2020) Türkiyə 2,432 milyard dollar məbləğində xalça ixrac edib.