2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb.
Eləcə də bax: Türkiyədən Azərbaycana hazır - GEYİM İXRACI ARTIB
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ötən ay Türkiyədən Azərbaycana 2,466 milyon dollar məbləğində tekstil xammalı ixrac edilib ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 65,6 faiz çoxdur.
Hesabat dövründə Türkiyə dünya bazarına 673,702 milyon dollar məbləğində tekstil xammalı ixrac edib. Bu göstərici 2019-cu ilin yanvarı ilə müqayisədə 0,28 faiz azdır.
Trend