2020-ci ilin martında Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı 2019-cu ilin martı ilə müqayisədə 11 faiz azalıb.
Eləcə də bax: Türkiyədə limon-portağal qıtlığı - BAŞLAYA BİLƏR - QİYMƏTLƏR ARTIR
FED.az xəbər verir ki, bunu Türkiyənin Meyvə-Tərəvəz İxracatçıları Birliyindən deyiblər.
Məlumata əsasən, ötən ay Türkiyə Azərbaycana 3,466 min ton sitrus meyvəsi ixrac edib.
Bu, Türkiyənin ümumi sitrus ixracının 3 faizini təşkil edir.
Mart ayında Türkiyədən Azərbaycana ixrac olunan sitrus meyvələrinin ümumi məbləği 1,3513 milyon dollara bərabər olub. Bu, 2019-cu ilin martı ilə müqayisədə 4 faiz azdır.
Ötən ay Türkiyə dünya bazarlarına 178,866 milyon dollar məbləğində meyvə və tərəvəz ixrac edib ki, bu da 2019-cu ilin martı ilə müqayisədə 25 faiz çoxdur.
Trend