2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,08 faiz artaraq 5,66 milyon dollar təşkil edib.
Eləcə də bax: Türkiyə Azərbaycana avtomobil - İXRACINI ARTIRIB
FED.az məlumat verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Fevral ayında Türkiyə Azərbaycana 2,668 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 17,3 faiz çoxdur.
2020-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin ilk iki ayı ilə müqayisədə 15,3 faiz artaraq 597,804 milyon dollara bərabər olub.
Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2 faizini təşkil edib.
Son 12 ay ərzində (fevral 2019-cu il – fevral 2020-ci il) Türkiyə 3,595 milyard dollar məbləğində sement ixrac edib.
Trend