2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin Azərbaycana mebel ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azalaraq, 151 milyon 715 min 11 dollara bərabər olub.
Azərbaycanın mebel şirkətinin dövlətə 3,3 milyon manat vergi borcu var
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin dekabr ayında Türkiyə Azərbaycana 12 milyon 809 min dollar məbləğində mebel ixrac edib ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 2,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 7 milyard 895 milyon 355 min dollara bərabər olub.
“2024-cü ilin dekabr ayında Türkiyə 709 milyon 537 min dollar məbləğində mebel ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 5,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 7 milyard 895 milyon 355 min dollar məbləğində mebel ixrac edib. (Trend)