2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,87 faiz azalaraq 16,539 milyon dollar təşkil edib.
Eləcə də bax: May ayında Azərbaycanda geyim mağazaları - REKORD SATIŞ EDİBLƏR
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
May ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalıb və 3,561 milyon dollara bərabər olub.
2020-ci ilin yanvar-may aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz azalaraq 5,634 milyard dollar təşkil edib.
Hesabat dövründə hazır geyim ixracı Türkiyənin ümumi ixracının 9,1 faizini təşkil edib.
Son 12 ay ərzində (may 2019 - may 2020) Türkiyə 15,696 milyard dollar məbləğində hazır geyim ixrac edib. (Trend)