2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Azərbaycana hazır geyim ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq, 62 milyon 114 min 79 dollara bərabər olub.
Türkiyənin geyim ixracı 6,9 faiz azalıb
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin dekabr ayında Türkiyə Azərbaycana 4 milyon 963 min 30 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 22,3 faiz azdır.” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 17 milyard 920 milyon 376 dollara bərabər olub.
“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 262 milyon 830 dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 12,9 faiz azalıb” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 17 milyard 920 milyon 376 dollar məbləğində hazır geyim məhsulları ixrac edib. (Trend)