2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 20,83 faiz azalaraq 12,185 milyon dollar təşkil edib.
Eləcə də bax: Rusiyadan Azərbaycana qarabaşaq satışı dayanıb – Bazarda Qiymətlər Aybaay Artır
FED.az xəbər verir ki, bunu Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Hesabata əsasən, oktyabr ayında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı ötən ilin avqustu ilə müqayisədə 4,66 faiz azalıb və 1,9 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz azalaraq 1,119 milyard dollar təşkil edib.
Dəri məmulatları ixracı hesabat dövründə Türkiyənin ümumi ixracının 0,8 faizini təşkil edib.
Son 12 ay ərzində (oktyabr 2019 – oktyabr 2020) Türkiyə 1,358 milyard dollar məbləğində dəri məmulatı ixrac edib.