2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən Azərbaycana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz azalaraq, 1 milyon 249 min dollara bərabər olub.
Türkiyənin geyim ixracı 8,5 faiz azalıb
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyədən Azərbaycana 13 milyon 912 min dollar məbləğində dəri məhsulları ixrac edilib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 21, 3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz azalaraq, 1 milyard 300 milyon 182 min dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 132 milyon 738 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 1,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 1 milyard 539 milyon 555 min dollar məbləğində dəri məhsulları ixrac edib. (Trend)