İqtisadiyyat

Türkiyədə un bahalaşdı - QITLIQ BAŞLAYIR 

Türkiyədə un bahalaşdı - QITLIQ BAŞLAYIR  | FED.az
22:45 7 Sen 2018
Türkiyədə unun bahalaşmasından sonra qıtlıq yaşanmağa başlayıb.

FED.az türk mediasina  istinadən xəbər verir ki, hazırda 50 kiloluq un kisəsinin qiyməti 175 lirəyə (təxminən 45 manat) qədər yüksəlib.

Çörək qiymətlərinin artırılması da gözlənilir.

Dəyirmanlarda və anbarlarda un ehtiyatları azalmağa başlayıb. Bu səbəbdən də başqa ölkələrə ixrac məhdudlaşdırılıb.

Məlumat üçün bildirək ki, Türkiyə Rusiya ilə birlikdə dünyada ən böyük un ixracatçısından biridir.



 

Digər xəbərlər

Banner