Türkiyə tarixində rekord aylıq ixracat göstərici qeydə alınıb.
Eləcə də bax: Türkiyədə qiymət artımları gözləntiləri qabaqlayıb 20 ilin maksimumuna - ÇATDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin ticarət naziri Mehmet Muş açıqlama verib. O qeyd edib ki, aprel ayında ixracat əvvəlki ilin eyni ayı ilə müqayisədə 24.6% artaraq $23.4 mlrd. olub. Nazir bildirib ki, bu rəqəm bütün zamanların ən yüksək aylıq ixracat göstəricisidir.
Aprel ayında idxal isə 35% artaraq $29.5 mlrd. olub. $7.7 mlrd.-lıq payla enerji idxalda əhəmiyyətli yer tutmağa davam edib.
Beləliklə, ilin ilk 4 ayında ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21.7% artaraq $83 mlrd. 565 mln.-a çatıb. Eyni dövrlərdə idxal 40.1% artaraq $116 mlrd. 73 mln. olub.