Azərbaycandan soğan idxalının başlaması ilə Türkiyədə soğanın pərakəndə satış qiymətinin təxminən 5-6,5 lirədən (1,60 – 2.10 manatdan) 2 lirəyədək (65 qəpik) düşməsi gözlənilir.
FED.az xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, qiymətlər yavaş-yavaş düşür. Artıq Azərbaycanda idxalın başlaması ilə soğanın topdansatış qiyməti 5 lirədən 4,5 lirəyə geriləyib.
Qeyd edək ki, xəstəlik ilə ələaqədar olaraq Türkiyədə soğan qıtlığı yaranıb. İlk öncə Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə topdansatış anbarlarına basqın edilmiş, amma bu tədbir də qiymətlərin düşməsinə kömək etməmişdi. Çıxış yolu kimi Türkiyə Azərbaycandan soğan almağa başlayıb.
Eləcə də bax: Qoyun əti 23 dollara qalxıb - QONŞU ÖLKƏDƏ