Mütəxəssislərin corona virusa qarşı xüsusilə C vitaminininfaydalı olması barədə açıqlamalarından sonra Türkiyənin bir çox nöqtəsində limon qiymətləri artıb.
Eləcə də bax: Türkiyədə koronavirusa yoluxanların sayı - 10 MİNİ KEÇDİ
FED.az xəbər verir ki, Antaliyada limonun qiyməti məhsulun keyfiyyətinə və növünə görə 6-10 TL arasında dəyişdiyi halda, bəzi şəhərlərdə limonun kilosu 18 lirəyə qədər yüksəlib.
Korona virusu səbəbiylə limona tələbatın artdığını qeyd edən satıcılar "Limon qiymətləri normaldır. Dövlət hər halda ixrac etmir. Limonun qiymətinin bir neçə aydan sonra azalacağını gözləyirik»-deyə bildiriblər.
Satıcılar bildirir ki, hazırda bazara gələnlər limonu əvvəlki kimi dəni ilə deyil, kilo ilə alırlar: «Virus səbəbiylə bazara gələnlər 2-3 kiloqram çəkir. Limonları 10 lirəyə satırıq. Qiymətlər bu aralığın içində davam edəcək».
Alıcılar isə bildirib ki, koronavirusdan sonra limondan daha çox istifadə etməyə başlayıblar.
Limon istehsalçıları bildirir ki, bu il portağal üzrə məhsuldarlıq əvvəlki illərlə müqayisədə pis olmayıb, limon istehsalı isə azalıb. Üstəlik bu il tələbat çox olduğu üçün qıtlıq yarana bilər.
Finike Əkinçilik Otağı Başçısı Xəlil Sarıçobanoğlu bölgədəki limon istehsalının aşağı olduğunu və Finike portağalının həcminin təxminən 200 min ton olduğunu bildirib: «Mart ayının ikinci həftəsindəki epidemiya səbəbiylə tələb artdıqda, portağal bağda erkən bitdi. Halbuki, dörd il əvvəl, təxminən 40 min ton portağal artıq qalmışdı və satılmırdı».
Sarıçobanoğlu bildirib ki, «Mövsümün əvvəlində 1,2-1,5 lirəyə satılan portağal epidemiyadan sonra tələb çox olduğundan sürətlə tükəndi. İstehsalçı son məhsulları 1,5-2 lirədən satdı. Hal-hazırda istehsalçının əlində portağal yoxdur. Ticarətçilərin əlində cüzi bir miqdarda portağal qalıb. Onların da qiyməti keyfiyyətə görə dəyişir, amma orta qiymətlər 3 lirə civarındadır».