Türkiyə 2022-ci ili 64,27 faiz inflyasiya ilə bağlayıb.
AMB: "Azərbaycanda inflyasiyanın “pik həddi” geridə qalıb, bundan sonra azalması gözlənilir"
Türkiyə Statistika Təşkilatı (TÜİK) dekabr ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.
FED.az xəbər verir ki, illik göstəricilər bundan əvvəlki aylarda müşahidə olunan qiymət artımının nisbətən azaldığını göstərir.
Belə ki, dekabrda illik inflyasiya 64,27% təşkil edib. Amma yenə də bu son 21 ilin ən yüksək qiymət artımıdır – yalnız 2001-ci ildə qiymətlər bundan çox artmışdı - 68,50%.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, dekabr ayında aylıq inflyasiya yüzdə 1,18 olub.
İstehsalçı inflyasiyası isə dekabr ayında sürətlə geriləyib. Buna görə illik istehsalçı inflyasiyası dekabr ayında 97,72%, müqayisə üçün deyək ki, noyabrda illik istehsalçı inflyasiyası 136% olmuşdu.