Türkiyə Statistika qurumu ölkədə inflyasiya ilə bağlı son rəqəmləri açıqlayıb. FED.az xəbər verir ki, sentyabr ayında inflyasiya 6,3%, illik inflyasiya isə 24,52%-ə yüksəlib. Halbuki iqtisadçılar aylıq qiymət artımının 3,46%, illik isə 21,84% olacağını gözləyirdilər.
Ayrı-ayrı mal vəxidmət növlərinə gəldikdə, rabitədə 9,15%, müxtəlif mal və xidmətlərdə 7,42%, əyəncə və mədəni sahələrdə 6,62%, qida və alkoqolsuz içkilərdə 6,4% bahalaşma var.
Ən az artım isə alkoqollu içkilərdə baş verib – cəmi 0,07%.
İllik ən böyük bahalaşma isə 37,28%-lə ev əşyalarında baş verib.
İnlfyasiyanın gözləniləndən yüksək olması lirənin məzənnəsini laxladıb, dolları bahalaşdırıb. Belə ki, səhəri 6 lirə məzənnəsi ilə başlayan dollar hazırda 6,07 lirəyə yüksəlib.