Bu ilin aprel ayında Türkiyədə illik inflyasiya martda qeydə alınan 16,2%-dən 17,1%-dək sürətlənib.
Eləcə də bax: Bu il Türkiyədə Azərbaycan kapitalı ilə - 70 Şirkət Yaradılıb
FED.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, bununla da ölkədə istehlak qiymətləri ardıcıl olaraq yeddi ay artmaqdadır. Mütəxəssislər inflyasiyanın sürətlənməsinin əsas səbəbləri kimi, Türkiyə lirəsinin zəifləməsini və qlobal enerji qiymətlərinin artmasını göstərir.
Ayrıca qiymət artımlarına gəldikdə, illik ən yüksək bahalaşma nəqliyyat sektorunda (29,3%), ev əşyalarında (22,3%), səhiyyə sektorunda (19,2%), müxtəlif mal və xidmətlər sektorunda (18,3%) qeydə alınıb.
Aylıq göstəricilərə gəldikdə, ən yüksək aylıq qiymət artımı pomidorda qeydə alınıb. Sözügedən tərəvəz apreldə 24,9% bahalaşıb. (Apa)