Banner

İqtisadiyyat

Türkiyə yeni böhran astanasında - EHTİYATLAR TÜKƏNİR

Türkiyə yeni böhran astanasında - EHTİYATLAR TÜKƏNİR | FED.az
10:06 26 Aprel 2019

Türkiyə yeni böhran astanasındadır: ehtiyatlar tükənmək üzrədir

Türkiyə yeni maliyyə böhranının astanasındadır. Ölkənin valyuta ehtiyatları əriyir, kursun sabitliyini saxlamaq isə getdikcə daha da çətin olur.

FED.az Banker.az-a istinadən xəbər verir ki, ötən ildə türk lirəsi iri miqyaslı maliyyə sarsıntısına məruz qalaraq, dəyərinin təxminən 20%-ni itirmişdir. Hal-hazırda ölkə demək olar ki, diqqət mərkəzində deyil, lakin ilin əvvəlindən lirə dəyərinin 15%-ni itirib. Onu da qeyd emtək lazımdır ki, dünya bazarında “iştahın” yüksək olması müşahidə olunur, inkişaf etmiş ölkələrin valyutaları isə özünü kifayət yaxşı hiss edirlər.

Eləcə də bax: Çində qlobal forum keçirilir - İLHAM ƏLİYEV DƏ İŞTİRAK EDİR

Yanvar ayı ilə müqayisədə Türkiyə Mərkəzi Bankının ehtiyatları 26%, və ya 9 milyard dollar azalıb. Son həftə ərzində tənzimləyici 2 milyard dollar xərcləyib, və bu gün təmiz valyuta aktivləri 26,9 milyard dollar təşkil edir.

KİV-lərin verdiyi məlumata görə, real vəziyyət daha acınacaqlıdır, belə ki, bu məbləğin 14 milyardı – banklardan svop əməliyyatları vasitəsilə cəlb olunub.  Beləliklə, real ehtiyatların həcmi cəmi 15 milyard dollar təşkil edir.

Ümumiyyətlə, Türkiyənin ehtiyatlarla bağlı vəziyyəti çox mürəkkəbdir. Ekspertlər anomaliyanı qeyd edirlər və rəsmi məlumatları kapital axınına dair məlumatlarla müqayisə etməyə çalışırlar.

İndi heç kim Mərkəzi Bankın “swap” ları necə qeydə aldığını, onların bu və ya digər statistikaya təsir göstərib-göstərmədiyini bilmir. Aprelin 30-da Türkiyə Mərkəzi Bankının brifinqi keçiriləcək və bütün bu məsələlərə dair açıqlama veriləcək.

 Bloomberg tərəfindən sorğulanan mütəxəssislər, tənzimləyicinin göstərdiyi ehtiyatların, əslində, bir yalan olduğunu düşünürlər. Mərkəzi Bank sadəcə zərərləri gizlətməyə çalışır.

Xatırladaq ki, Türkiyə bir xalis idxalçıdır və valyutadan çox asılıdır. Bununla yanaşı, ölkə gələn il 177 milyard dollar dəyərində borc öhdəliyini ödəməlidir.

Əlavə olaraq qeyd etmək lazımdır ki, bu yaxınlarda Türkiyə Mərkəzi Bankının yığıncağı keçirilib. Qiymətlər dəyişməz qalıb, lakin tənzimləyici siyasətini daha da sərtləşdirmək fikrində olmadığını ifadə edib. Bu, lirəyə əlavə təsir göstərib.

Digər xəbərlər

Banner