Banner

İqtisadiyyat

Türkiyə xaricdən 761 məhsulun idxalını - QADAĞAN EDİR – «YERLİ MAL SENZURA»SI

Türkiyə xaricdən 761 məhsulun idxalını - QADAĞAN EDİR – «YERLİ MAL SENZURA»SI | FED.az
10:40 5 Aprel 2019

Türkiyə hökuməti yerli məhsulların satışının artması və xarici idxaldan asılılığın azalması üçün yeni qaydalar tətbiq edib. FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərara əsasən, istinadən ictimai alıikfhlf «yerli mal» qaydası tətbiq ediləcək.

Yeni qaydalara əsasən səhiyyədən inşaata, kənd təsərrüfatından sənayeyə və elektronikaya qədər müxtəlif sahələrdə istifadə olunan 761 məhsulun yalnız yerli istehsal variantı alınacaq. Yalnız «istisna hallarda» belə məlların idxalına icazə veriləcək.

FED.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq Ticarət Nazirliyinin «İctimai qurum və quruluşları tərəfindən ediləcək idxalda alınacaq icazə haqqında təbliğdə dəyişiklik edilməsinə dair qaydalar» rəsmi mətbuatda elan edilib.
Eləcə də bax: Mərkəzi Bankın satdığı xüsusi pul nişanlarının - QİYMƏTİ

Təbliğlə cəmiyyətin birbaşa alımlarında «yerli malı» məhsullarına üstünlük verilməsi və 761 məhsulun idxalının məhdudlaşdırılması nəzərdə tutulur.

İdxalına qadağa qoyulan malların siyahısına LCD/LED televizorlar, atraksionlar (lunapark oyuncaqları), bəzi motosikllər və avtomobillər, fitness alətleri, işıqlandırma cihazları, şüşə kəsmə alətləri, seyflər, potezlər, məişət əşyaları, tibb ləvazimatları və avadanlıqları, toxuculuq avadanlıqları, yolçuluq əşyaları və başqa məhsullar daxildir.

Digər xəbərlər

Banner