Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında 50,7 milyard dollarlıq razılaşmalar imzalanıb.
Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında - SƏNƏDLƏR İMZALANDI
FED.az xəbər verir ki, bu bardə "T.C İletişim Başkanlığı" məlumat yayıb.
Qeyd edilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bu gün (19 iyul) Birləşmiş Ərəb Əmirliklərinə səfəri münasibətilə, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə 13 sənəd imzalanıb və qəbul edilib.
Bu çərçivədə tərəflər Türkiyə prezidenti və Birləşmiş Ərəb Əmirlikləri prezidentinin sədrliyi ilə “Yüksək Səviyyəli Strateji Şura”nın yaradılması barədə razılığa gəliblər. "Sözügedən Birgə Sazişlə Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib",- məlumatda deyilir.
Qeyd edilib ki, enerji, nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə mövcud əməkdaşlığın dərinləşdirilməsi qərara alınıb. Bu sahələrdə imzalanmış müqavilələrin ümumi məbləği 50,7 milyard dollardır.
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Körfəz turu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində səfərdədir. (Marja)