Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Rusiyaya hazır geyim məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 81,5 faiz artıraraq 594,8 milyon dollara çatdırıb.
Ötən il Türkiyənin geyim ixracı - 19 MİLYARD DOLLARI KEÇİB
FED.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2023-cü ilin dekabr ayında Türkiyə Rusiyaya hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 11,4 faiz artıraraq 46,5 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq, 19,3 milyard dollara çatıb.
2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 14,6 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 19,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib. (Trend)