Avropa İttifaqı Türkiyəni qanunsuz pulların gizlədildiyi ofşorların «qara siyahısı»na sala bilər. FED.az xəbər verir ki, bu barədə «Bloomberg» agentliyi bir neçə mənbəyə əsasən məlumat yayıb.
Söhbət «gəlirlərin vergiyə cəlb olunması məsələləri ilə bağlı Avropa ilə əməkaşlıq etməyən» ölkələrin siyahısından gedir. Aİ-nin işçi qrupu, hansı ki, birbaşa bu məsələni araşdırır, hesab edir ki, Türkiyə vergitutmanın şffaflığını tam həcmdə təmin etmir. Eləcə də, yüksək imtiyazları olan vergi rejimləri ilə o qədər də effektli mübarizə aparmır.
Hələlik Avropa İttifaqı belə ölkələrə qarşı hansı sanksiyaların tətbiq olunacağı ilə bağlı dəqiq fikrə gəlməyib. Siyahının son variantı dekabrın 5-də İttifaqın maliyyə nazirlərinə təqdim ediləcək.
Türkiyə ofşorların «Qara siyahısı»na düşə bilər – AVRODAN ZƏRBƏ
12:28
24 Noy 2017