Türkiyə Naxçıvanla azad ticarət zona yaradır. FED.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı artıq lazımi infrastruktur yaradılıb.
"Türkiyə iqtisadiyyat nazirliyinin nümayəndələri artıq Naxçıvanda yerləşdirilib", deyə nazir bildirib.
Zeybekçi qeyd edib ki, Naxçıvanla aparılacaq ticarət Türkiyənin başqa şəhərlərə aparılan ticarətdən fərqlənməyəcək. Əməliyyat zamanı türk lirəsindən istifadə ediləcək.