Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb. TCMB faizini 8,50% səviyyəsində sabit saxlayıb.
FED.az xəbər verir ki, TCMB-nin faiz artıracağı gözlənilmirdi. TCMB-nin qərarının faizin ya sabit qalması, ya da aşağı salınması olacağı təxmin edilirdi.
TCMB-nin qərarının mətnində pul siyasəti mövqeyinin "yetərli olduğu" ifadəsi saxlanılıb. Qərarın mətnində müvafiq maliyyə şəraitinin yaradılmasına üstünlük veriləcəyi bildirilib.
TCMB iyul ayında açıqladığı qərar daxil faiz dərəcəsini ardıcıl 7-ci dəfə 14 faizdə sabit saxlamış, avqust, sentyabr, oktyabr və noyabr aylarında faizləri endirmiş, dekabr və yanvar aylarında isə faiz dərəcəsini 9 faizdə sabit saxlamışdır. Fevral ayında TCMB faizini zəlzələlər ilə əlaqədar olaraq 0,50 faiz bəndi azaldaraq 8,5 faizə endirmişdi.
Dollar/Türk Lirəsi məzənnəsi bu gün 19,1674 lirə səviyyəsini görüb (Marja).