Türkiyə iqtisadiyyatı 2018-ci ildə 2,6% artıb, son rübdə isə 3% azalıb.
FED.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə Statistika Komitəsi iqtisadi inkişaf göstəricilərini açıqlayıb.Buna görə ötənil ərzində ÜDM-un həcmi 2,6% artıb. 2018-ci ildə ÜDM məbləği əvvəlki ilə görə 19,1% artaraq 3 trilyon 700 milyard 989 milyon lirə olub.
ÜDM təşkil edən sektorlar üzrə 2018-ci ildə kənd təsərrüfatı sektoru ötən ilə nəzərən 1,3%, sənaye sektoru 1,1% artıb, tikinti sektoru isə 1,9% azalıb.Xidmət sektorunda isə 5,6% artım olub.
Eləcə də bax: Azərbaycanda internetlə satışlar 5 dəfə artıb
Adam başına düşən gəlir 45 min 463 lirə olub
Ötən il Türkiyədə ÜDM-un məbləğinə görə hər adambaşına düşən gəlir 45 min 463 lirə , ABŞ dolları ilə 9 min 632 dollar təşkil edib.
ÜDM 2018-ci ilin son rübündə 3% azalıb
ÜDM-un həcmi 2018-ci ilin 4-cü rübündə ötən ilin eyni dövrünə nisbətən 3% azalıb.Budan əlavə ÜDM-un daxil olan sektoralrınhəcmləri 2018-ci ilin son rübündə ötən ilin eyni dövrünə nəzərən kənd təsərrüfatı sektoru 0,5%, sənaye sektoru 6,4%, və tikinti sektoru 8,7% azalıb. Xidmət sektoru da 0,3% azalıb.
Türkiyə iqtisadiyyatı ötən il 2,6% artıb
14:19
11 Mart 2019