Türkiyə iqtisadiyyatı ilin ikinci rübündə, pandemiyanın iqtisadi fəaliyyətə zərbə vurduğu keçən ilin eyni dövrü ilə müqayisədə 21,7% artıb. Proqnoz iqtisadi artımın 22% olacağı istiqamətində idi.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları - Azalıb
FED.az xəbər verir ki, Türkiyə iqtisadiyyatı birinci rüb ilə müqayisədə isə 0,9% artıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Maliyyə naziri Lütfü Elvan ikinci rübdə 20% ətrafında artım baş verəcəyini nəzərdə tutmuşdular.
Məlumatlara görə, ilin ikinci rübündə illik müqayisədə ən yüksək artım xidmətlər sektorunda olub. Türkiyənin xidmətlər sektoru 45,8%, sənaye sektoru 40,5% böyüyüb.
İstehlak xərcləmələri 22,9%, sərmayələr 20,3% artıb.
İxrac, 2021-ci ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 60%, idxal isə 19,2% artıb. (Marja)