Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 4,5 mlrd. ABŞ dolları təşkil edib.
Eləcə də bax: Azərbaycanın Türkiyədəki kapitalının həcmi - 19 Mlrd. Dolları Keçib
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda çıxış edən Türkiyənin ticarət naziri Mehmet Muş deyib.
Onun sözlərinə görə, ticarət mübadiləsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6% artıb.
Nazir qeyd edib ki, Türkiyənin Azərbaycana indiyədək yatırdığı birbaşa və tranzit investisiya qoyuluşlarının həcmi 12 mlrd. dollar təşkil edib.
M. Muş əlavə edib ki, Türkiyə podratçı şirkətləri indiyədək Azərbaycanda 15,4 mlrd. dollarlıq 455 layihədə iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.