Rusiya-Türkiyə İş Şurasının rəhbəri Kani Karaaslan bildirib ki, 2022-ci ilin sonuna qədər Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi 60 milyard dollara çata bilər.
Eləcə də bax: Bu ilin 6 ayında Türkiyə ilə Azərbaycan arasında - 160 ŞİRKƏT YARADILIB
FED.az xəbər verir ki, "Bu günə qədər [6 ayın yekunlarına görə] iki ölkə arasında ticarət dövriyyəsi 30 milyard dolları ötüb və 50 milyard dollara doğru irəliləyir. İlin sonuna qədər bu, 60 milyard dollara qədər arta bilər, əgər ölkənin mərkəzi bankları iki ölkə məzənnə fərqindən yaranan itkilərin qarşısını almağı təmin edərsə”, -deyib.
Karaaslan investorların və ixracatçıların milli valyutalarda qarşılıqlı hesablaşmalara keçməsinin tərəfdarı olduğunu bildirib. Onun fikrincə, ikitərəfli ticarətin inkişafı üçün cari deyil, 5-10 ilə yönəlmiş uzunmüddətli planlar qurmaq lazımdır. “Rusiyaya qarşı Qərb sanksiyalarının uzadılması ehtimalını nəzərə alsaq, bu, daha aydın görünür”, - biznes assosiasiyasının rəhbəri əlavə edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Türkiyəyə səfəri zamanı bildirib ki, iki ölkə arasında qarşılıqlı hesablaşmalar üçün milli valyutalara keçid prosesi qabaqcıl mərhələdədir. Danışıqlarda hesablamalarda milli valyutalardan istifadə məsələsini prezidentlər - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan müzakirə edirlər. Gözlənildiyi kimi, bu məsələ iki dövlət liderlərinin avqustun 5-də Soçidə keçiriləcək görüşündə danışıqların mövzusu olacaq.
Ötən il Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi təxminən 35 milyard dollar təşkil edib. Türkiyə tərəfi bu ilin sonunadək ikitərəfli ticarətin 50 milyard dollara qədər artacağını proqnozlaşdırır. (Marja)