Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar nəticəsində birbaşa hava yolu ilə yüklərinin daşınmasında maneələr aradan qaldırılıb.
Türkiyə Ermənistana xüsusi nümayəndəsini təyin etdi - ƏRDOĞANDAN QƏRAR
FED.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Xəbərdə qeyd edilib ki, diplomatik mənbələrdən verilən məlumatda, normallaşma prosesi üçün iki ölkənin xüsusi nümayəndələri arasında aparılan danışıqlar nəticəsində 2023-cü il yanvarın 1-dən etibarən Türkiyə ilə Ermənistan arasında birbaşa hava karqo daşımalarının mümkün olduğu bildirilib.
Mənbələr bildiriblər ki, bu məsələ Türkiyə Ticarət Nazirliyi tərəfindən Türkiyə ixracatçı birliklərinə elan edilib. (Marja)