Fransa prezidenti Emmanuel Makronun islam separatçılığına qarşı müharibə elan etməsindən sonra Türkiyə əhalisi fransız məhsullarını boykot etməlidir.
FED.az xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib. İnvestorlar baş verənləri Türkiyə və Avropa arasında gərginlik kimi qəbul ediblər, nəticədə lirənin dollar qarşısında məzənnəsi və İstanbul birjasının indeksi aşağı düşüb.
Fransa prezidenti Makronun islamla bağlı çıxışı və çağırışlarından sonra Türkiyə dövlət başçısı Ərdoğan ölkəsini 83 milyonluq əhalisini fransız mallarını boykot etməyə çağırıb.
Fransa sahibkarlarının ən byöük təşkilatı – sıralarında 750 min şirkəti birləşdirən MEDEF təşkilatı isə üzvlərini möhkəm olmağa çağırıb. Təşkilatın rəhbəri Joffrua Ru de Bezye bildirib ki, Fransanın din və azad sözlə bağlı prinsipləri şirkətlərin maraqlarından üstün olmalıdır.
Türkiyə fransız mallarını boykot edən yeganə ölkə deyil. Bəzi Yaxın Şərq ölkələri də bu boykota başlayıb. #BoycottFrenchProducts heşteqi Küveyt, Qatar, Fələstin, Misir, Əlcəzair, İordaniya, Səudiyyə Ərəbistanı və Türkiyədə populyar olmaqdadır.
Bununla yanaşı, məlum olub ki, Türkiyə tərəfinin boykot çağırışlarına baxmayaraq Fransa özü türk mallarına boykot etməyəcək. Bu barədə Fransanın xarici ticarət naziri Frank Riester bildirib. Onun sözlərinə görə, türk mallarının boykotu gündəlikdə deyil: «Biz Türkiiyənin etdiyini təkrarlaya bilmərik».