Türkiyə iyunun 21-dən oktyabrın 15-nə qədər ölkəyə buğda idxalını dayandıracaq.
Xaricdən gətirilən buğda 26% ucuzlaşıb - İDXAL 35% AZALIB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi yayıb.
Bildirilib ki, buğda idxalına qoyulan müvəqqəti qadağa yerli istehsalçılara dəstək məqsədilə tətbiq ediləcək.
Bununla yanaşı, bazardakı vəziyyətdən asılı olaraq məhdudiyyətlərin müddətinə düzəlişlər edilə bilər.